Marneulidə Avropaya inteqrasiya məsələləri müzakirə olunub

Marneulidə Avropaya inteqrasiya məsələləri müzakirə olunub
# 09 sentyabr 2016 23:39 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəaliyyət göstərən Mülki Məşğulluq Mərkəzi, NATO və Avropa İttifaqı Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə “Avropaya inteqrasiya: Miflər və həqiqətlər” adlı görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə NATO və Avropa İttifaqı Məlumat Mərkəzinin direktoru Ketevan Çaçava, Marneuli Demokrat Qadınlar Cəmiyyətinin sədri Olqa Endeladze və başqaları çıxış edərək Kvemo Karli bölgəsində Avropaya inteqrasiya prosesindən irəli gələn imkanları necə dəyərləndirmək, həmçinin Aİ ilə Assosiasiya Sazişi, hərtərəfli ticarət Zonası və vizasız gediş-gəliş haqında maarifləndirmənin gücləndirilməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Çıxışçılar eyni zamanda Aİ haqqında bölgədə olan informasiya boşluğundan və Kvemo Kartli bölgəsində yaşayan vətəndaşların Avropa İttifaqına inteqrasiya istiqamətində fikir və rəylərini dinləyiblər. Tədbir iştirakçıları NATO və Aİ Məlumat Mərkəzinin direktoruna Marneulidəki problemlər, infrastruktur tikintisindən, təbliğat və təşviqat işlərindən, milli azlıqların dilində nəşr olunan mətbuatın qıtlığından və informasiya çatışmazlığından, təhsildə olan problemlərdən, həmçinin Avropaya inteqrasiyanın gedişi və qarşıdan gələn parlament seçkiləri barədə fikirlərini, rəylərini bildirib, suallar ünvanlayıblar.

Tədbirdə Avropa Birliyinin Gürcüstandakı ofis rəhbərinin müavini Rey Vinsent, USAİD-in direktoru Daqlas Bol, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, Marneulidəki bir sıra partiya ofislərinin rəhbərləri, mojaritar deputatlığa namizədlər, QHT nümayəndələri və jurnalistlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR