Tərtərdə üstünə beton piltə düşən sürücü ölüb

Tərtərdə üstünə beton piltə düşən sürücü ölüb
# 28 may 2016 10:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tərtərdə bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tərtər rayonunun Köçərli kəndində Mansur Kərimli idarə etdiyi “Zoomlion” markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi “Shacman” markalı avtomobilə yükləyərkən beton plitə M.Orucovun üstünə düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR