Mars on il ərzində ilk dəfə Yerə maksimum yaxınlaşacaq

Mars on il ərzində ilk dəfə Yerə maksimum yaxınlaşacaq
# 19 may 2016 14:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mars və Yer planetləri bu həftə bir-birinə maksimum yaxınlaşacaq. APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadın verdiyi xəbərə görə, bu həftə Yer sakinləri Marsı yaxından izləyə biləcəklər. Astronomlar iddia edirlər ki, Mars on il ərzində ilk dəfə Yerə maksimum yaxınlaşacaq.

Qırmızı və mavi planetlər arasında məsafə 76 milyon kilometr təşkil edəcək. Alimlər Marsın yeni, daha dəqiq görüntüsünü almağa ümid edirlər.

Planetlərin bu şəkildə yerləşməsi iyunun 12-dək davam edəcək. Planetlər arasında ən yaxın məsafə mayın 30-da olacaq. Lakin bu rekord deyil, 13 il əvvəl Marsla Yer arasında məsafə 56 milyon kilometrdən az olub. Bu rekord 2018-ci ilin iyulunda təkrar oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR