Azərbaycanın irqi ayrı-seçkiliklə mübarizə sahəsində siyasəti müzakirə ediləcək

Azərbaycanın irqi ayrı-seçkiliklə mübarizə sahəsində siyasəti müzakirə ediləcək
# 29 aprel 2016 11:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanın irqi ayrı-seçkiliklə mübarizə göstəriciləri 3-4 may tarixlərində İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitədə müzakirə ediləcək.

BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, komitə üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında irqi ayrı-seçkilik, etnik azlıqlara münasibətdə nifrət çıxışları, irqi ayrı-seçkiliyin ləğvi üçün qanunvericilik bazası, azlıqda qalan qruplarla dialoq, sığınacaq hüququ və digər məsələlərlə bağlı müzakirə aparılacaq. Komitədə digər BMT qurumları və qeyri-hökumət təşkilatlarının məruzələri dinləniləcək.

Qeyd edək ki, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq Konvensiyanı ratifikasiya etmiş 177 ölkədən biridir və müntəzəm olaraq 18 beynəlxalq müstəqil ekspertdən ibarət Komitə tərəfindən yoxlamadan keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR