Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən istifadə sayı açıqlanıb

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən istifadə sayı açıqlanıb
# 04 may 2016 09:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin hüquqi əsaslarını özündə əhatə edir. Sosial-iqtisadi münasibətlər sisteminin vacib elementi kimi formalaşmış bu sistemdən istifadə statistikası cari ilin aprel ayında əvvəlki mart ayı ilə müqayisədə 15% artaraq 198 392-yə çatıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 185 min 6-sını “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə müraciətlər təşkil edib.

Bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi müvafiq bildiriş formasında “Elektron hökumət” portalındakı (www.e-gov.az) bu e-xidmət vasitəsilə elektron qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Sistemdən istifadə hallarının 13386-sı isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə yönəlib. Hər bir işçi “E-Hökumət” portalına daxil olaraq, həmin e-xidməti seçməklə onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etmək imkanına malikdir

2014-cü ilin iyulun 1-dən tətbiq olunan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən cari ilin 1 may tarixinədək 5 232 218 dəfə istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR