Prezident Ərdoğan Azərbaycan əsilli professoru rektor təyin etməyib

Prezident Ərdoğan Azərbaycan əsilli professoru rektor təyin etməyib
# 28 aprel 2016 16:33 (UTC +04:00)

Bakı - APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Giresun Universitetinə yeni rektor təyin edib.

APA-nın Türkiyə prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan Giresun Universitetinin rektoru vəzifəsinə Ali Təhsil Şurasının təqdim etdiyi namizədlərdən professor Cövdət Coşkunu təyin edib.

Qeyd edək ki, universitetdə keçirilən seçkilər zamanı ən çox səsi Giresun Universitetinin bundan öncəki rektoru olan Azərbaycan əsilli professor Aygün Attar toplayıb. A. Attar Türkiyədə yeganə Azərbaycan əsilli universitet rektoru olub. Professor C. Coşkun isə seçkidə 2-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR