Təhsil naziri Rusiya nümayəndə heyətini qəbul edib

Təhsil naziri Rusiya nümayəndə heyətini qəbul edib
# 19 may 2016 14:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 19-da təhsil naziri Mikayıl Cabbarov ölkədə ikigünlük işçi səfərdə olan Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin, eləcə də Təhsil və Elm Nazirliyinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, Azərbaycan tələbələrinin Rusiyada təhsili və Azərbaycanda rus dilinin tədrisi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar həmçinin, 160 saylı klassik gimnaziyanı, Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını ziyarət edib və Azərbaycanda rus dilinin tədrisi, rus dilində təhsil üçün yaradılmış imkanlar, bu sahəyə Azərbaycan Hökumətinin dəstəyi və qayğısı ilə şəxsən tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR