Saatlıda 3 otaqlı ev yanıb

Saatlıda 3 otaqlı ev yanıb
# 27 aprel 2016 01:33 (UTC +04:00)

Bakı-APA. Saatlıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Saatlı rayonu, Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR