Fransalı nazir: "Rusiyaya qarşı sanksiyaların ləğvi üçün Ukraynada vəziyyət dəyişməlidir"

Fransalı nazir: "Rusiyaya qarşı sanksiyaların ləğvi üçün Ukraynada vəziyyət dəyişməlidir"
# 20 may 2016 09:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Bir sıra şərtlərə əməl edilməsi ilə Rusiyaya qarşı sanksiyaların təxirə salınması mümkündür”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Fransanın xarici işlər naziri Jan-Mark Eyro deyib. O bildirib ki, Avropa İttifaqının 28 ölkəsi tərəfindən tətbiq edilən sanksiyaların müddəti yayın əvvəlində bitir: “Onları təxirə salmağa ehtiyac varmı? Mən Moskvaya səfərim zamanı Rusiya prezidentinə açıq şəkildə bildirdim ki, biz sanksiyaların təxirə salınmasını istəyirik, qoy mərhələli olsun, amma vəziyyətin dəyişməsi, xüsusilə Ukrayna ilə bağlı vəziyyətin dəyişməsi lazımdır. Lakin hazırkı vaxtda vəziyyət dəyişməyib. Minsk razılaşması, “Normandiya formatı” mövcuddur. Konkret nəticələr lazımdır. Rusiya, həmçinin Ukrayna bu nəticələrin əldə olunmasına öz töhfələrini verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR