Erməni parlamentardan etiraf: Orduda ciddi problemlər var

Erməni parlamentardan etiraf: Orduda ciddi problemlər var
# 26 aprel 2016 21:13 (UTC +04:00)

Bakı-APA. Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naapetyan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin davam etdiriləcəyini deyib.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Naapetyan bildirib ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin istefaya göndərilməsi onların ciddi nöqsanlara yol verməsi ilə bağlıdır. “İstefalar davam etdirilə bilər”, - deyə o əlavə edib.

Naapetyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında dördgünlük döyüşlər orduda operativ həll tələb edən ciddi problemlərin olduğunu aşkara çıxarıb: “Problemlərin həll olunması lazımdır”.

Qeyd edək ki, Ermənistan prezidenti bu gün imzaladığı fərmanlarla müdafiə nazirinin müavinini, Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi və rabitə qoşunlarının komandanını vəzifələrindən azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR