"Baltika-Bakı" şirkətinin rəhbəri dəyişib

"Baltika-Bakı" şirkətinin rəhbəri dəyişib
# 02 may 2016 07:28 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin mayın 1-dən etibarən "Baltika-Bakı" şirkətinin rəhbəri vəzifəsinə Viktor Semak seçilib.


Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, V. Semak "Carslberg Group"un iki şirkətinə rəhbərlik edəcək. Bunlar "Baltika-Bakı" və "Carslberg Kazakhstan"dır.

V. Semak Qrupda karyerasına 2002-ci ildə Sankt-Peterburqda yerləşən “Vena” şirkətinin regional satış meneceri vəzifəsində başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR