Futbol üzrə Azərbaycan Kubokunun finalçıları məlum olub

Futbol üzrə Azərbaycan Kubokunun finalçıları məlum olub
# 04 may 2016 19:20 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri paytaxtda, digəri əyalətdə baş tutub.

Günün ilk matçı Qəbələdə oynanılıb. Bakıdakı ilk qarşılaşmada 1:1 hesabı qeydə alındığından cavab oyunun gərgin keçəcəyi gözlənilən idi. İlk hissə bərabərliklə başa çatıb. İkinci hissədə isə ilk olaraq Ruslan Qurbanov fərqlənərək qonaqları hesabda irəli çıxarıb. Çox keçmədən Zets status-kvonu bərpa edib. Əsas vaxtda başqa qol olmayıb və əlavə yarım saat oynanılıb. Bu müddətdə də qol vurulmayınca qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac yaranıb. "Lotoreya"da isə "Neftçi"nin bəxti gətirib və paytaxt klubu ilk finalçı olub.

Günün digər matçında isə ilk oyunu 4:0 hesabı ilə qazanıb cavab qarşılaşmasını formallığa çevirən “Qarabağ” “İnter”i sınağa çəkib. Gözlənildiyi kimi bu oyunda möcüzə qeydə alınmayıb. Hadisələri qabaqlayaraq qeyd edək ki, sadəcə olaraq ağdamlılar ötən dəfədən fərqli olaraq bu oyunu minimalhesablı qələbə ilə başa vurub. “Qarabağ”ın stadionu 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edən arenalardan olduğundan Masazırda keçirilən oyunda hesabı Migel Madera açıb. İkinci hissədə isə "İnter" penalti şansından yararlana bilməyib. Vüqar Nadirovun zərbəsini keçmiş komanda yoldaşı Fərhad Vəliyev qaytarıb.

Beləliklə ölkə kubokunun finalında Azərbaycanın iki ən köklü klubu - "Neftçi" və "Qarabağ" üz-üzə gələcək. Hər iki komanda ölkə çempionatlarının bütün mövsümlərinin iştirakçıları olduqları üçün bu iki rəqib arasındakı matçlar futbol ictimaiyyəti tərəfindən Azərbaycan derbisi kimi tanınır.

Azərbaycan kuboku

1/2 final, ilk oyun

4 may (çərşənbə)

“Qarabağ” – “İnter” - 1:0

İlk oyun – 4:0

“Qəbələ” – “Neftçi” - 1:1, pen. 3:4
İlk oyun – 1:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR