Qaxda 64 yaşlı kişi su arxında boğularaq ölüb

Qaxda 64 yaşlı kişi su arxında boğularaq ölüb
# 28 aprel 2016 22:15 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda su arxına yıxılan 64 yaşlı kişi boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 28-i axşam saatlarında rayon Qum kəndində qeydə alınıb. Qum kənd sakini, 64 yaşlı İbrahim Məmmədovun meyiti yaşadığı evin yaxınlığından axan su arxında qonşuları tərəfindən aşkar olunub. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları ilkin araşdırma zamanı məlum olub ki, İ. Məmmədov sərxoş vəziyyətdə su arxına yıxılıb və boğularaq ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR