Azərbaycanda 800-dən çox şəxs hakimliyə namizədliyini irəli sürüb

Azərbaycanda 800-dən çox şəxs hakimliyə namizədliyini irəli sürüb
# 18 may 2016 13:42 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda 800-dən çox hüquqşünas hakim olmaq üçün namizədliyini irəli sürüb.

Hakimlərin Seçki Komitəsindən APA-ya verilən məlumata görə, hazırda onların imtahana hazırlaşmalarına köməklik məqsədilə hazırlıq kursları keçirilir.

Hər həftənin şənbə günləri keçirilən kurslarda hüququn müxtəlif sahələri üzrə aktual məsələlərə dair təcrübəli mütəxəssislər çıxış edir, namizədləri maraqlandıran suallar cavablandırılır. Hakimliyə namizədlərlə müsabiqənin ilkin mərhələsi olan test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, bu ilin iyun ayının 9-da keçirilməsi, şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın bütün namizədlər üçün vahid auditoriyada - "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində təşkil edilməsi planlaşdırılır.

Test sualları bilavasitə imtahan zalında namizədlərin və müşahidəçilərin iştirakı ilə seçiləcək, cavablar imtahan qurtardıqdan sonra, dərhal yerində yoxlanılaraq elan olunacaq. Test imtahanı ilə bağlı, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində hakimliyə namizədlərin seçilməsi üzrə növbəti açıq müsabiqə keçirilir. Namizədlərin sənədlərinin qəbulu 4 ay davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR