Taekvondoçumuz Avropa çempionatında ermənini məğlub edib

Taekvondoçumuz Avropa çempionatında ermənini məğlub edib
# 19 may 2016 14:41 (UTC +04:00)

Bakı – APA. Bu gün İsveçrədə taekvondo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançısı qüvvəsini sınasa da, onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.

Belə ki, həmyerlilərimizdən Məhəmmədəli Quliyev (58 kq) ilk görüşdə ermənistanlı Haykaz Samvelyanla qarşılaşıb. Taekvondoçumuz rəqibini döyüşə çıxmağa peşman edib. Lakin Quliyev növbəti mərhələdə Salaheddin Bensalehlə (Belçika) dueldən məğlub ayrılıb.

54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məcid Sofiyev də ikinci mərhələdə mübarizəni dayandırıb. O, Hassan Heidara (Böyük Britaniya) qalib gəlsə də, Stanislav Denisova (Rusiya) uduzub.

Quliyevlə Sofiyevdən fərqli, İlayda Kardelen Çiftçi (46 kq) və İlham Əliyev (54 kq) birinci qarşılaşmasında məğlub olub. Onlar müvafiq olaraq, İrina Romoldanova (Ukrayna) və Mixail Artamanova (Rusiya) uduzublar.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatına 17 taekvondoçu ilə yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR