Azərbaycanda pambıq və tütün əkini işlərinin gedişi barədə məlumat açıqlanıb

Azərbaycanda pambıq və tütün əkini işlərinin gedişi barədə məlumat açıqlanıb
# 28 aprel 2016 16:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycan üzrə pambıq və tütün əkini işlərinin gedişi barədə məlumat açıqlanıb.

APA-Economics”in məlumatına görə, aprelin 28-nə olan məlumata əsasən 24 rayonda 52 120 ha sahədə pambıq əkini üzrə torpaq mülkiyyətçiləri ilə müqavilə bağlanıb. İndiyədək 48 626 ha sahədə şum aparılıb, 26 374 ha sahədə çiyid səpilib. Nəticədə 5774 nəfər işlə təmin olunub.

Bundan başqa, 14 rayonda 1800 ha sahədə tütün əkini üzrə torpaq mülkiyyətçiləri ilə müqavilə bağlanıb. Məlumata əsasən, 1854 ha sahədə şum aparılıb, 649 hektarlıq sahəyə şitil köçürülüb. Tütün əkini üzrə torpaq mülkiyyətçiləri ilə bağlanan müqavilələrə əsasən işlə təmin olunanların sayı 2439 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR