Xırdalanda ər arvadını bıçaqlayıb

Xırdalanda ər arvadını bıçaqlayıb
# 18 may 2016 09:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda ər arvadını bıçaqlayıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 1969-cu il təvəllüdlü Eldar Abbasov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı, 1970-ci il təvəllüdlü İlhaməyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR