Tikinti şirkətindən 60 min manat oğurlayan şəxslərin apellyasiya şikayətinə baxılır

Tikinti şirkətindən 60 min manat oğurlayan şəxslərin apellyasiya şikayətinə baxılır
# 04 may 2016 08:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Azad Həziyev, Nicat Xəlilov və Aqşin Mustafayevin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Mustafayevlə N. Xəlilov hər biri 14 il, A. Həziyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar cəzalarının azaldılmasını istəyirlər.

Ötən il avqustun 28-də Bakıda "Qara çay" tikinti şirkətinin gözətçi otağına zorla daxil olan maskalı şəxslər orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl-qolunu bağlayıb, içərisində 60 000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talayıblar. Onların Bakı şəhər sakinləri, 1993-cü il təvəllüdlü Nicat Xəlilov, Aqşin Mustafayev və Azad Həziyev olduğu müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR