Türkiyədə bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 22 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 22 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 01 may 2016 11:07 (UTC +04:00)

Bakı-APA. Bu gün səhər saatlarında Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində ölən və yaralananlarla bağlı son statistika açıqlanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Gaziantep Valiliyi partlayış nəticəsinə 2 polisin şəhid olduğunu açıqlayıb.

Yaralıların sayı isə 22 nəfərdir. Yaralıların 18-i polis əməkdaşı, 4-ü mülki şəxsdir. Yaralı polislərdən 3-nün durumu ağırdır.

Terror aktının 1-i canlı bomba olmaqla, 3 İŞİD terrorçusu tərəfindən həyata keçirildiyi iddia olunur. Canlı bombanın bomba yüklü avtomobili partlatdığı, digər 2 terrorçunun polislərə atəş açdıqdan sonra avtomobillə hadisə yerindən qaçdığı bildirilir.

***

saat 11.14

Bakı-APA. Bu gün Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Gaziantep Valiliyi partlayış nəticəsinə 1 polisin şəhid olduğu, 9-u polis, 13 nəfərin yaralandığını açıqlayıb.

Partlayışdan sonra atəş səsləri eşidilib. Polis partlayışdan sonra şüşələri sınmış ağ rəngli bir avtomobili axtarır.

***

saat 10.59

Bakı-APA. Bu gün Türkiyədə bomba yüklü avtomobilə partlayış törədilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış Gaziantep Polis İdarəsinin binası qarşısında törədilib.

Polis idarəsindən 100 metr məsafədə törədilən şiddətli partlayış nəticəsində ətrafdakı binaların pəncərələrinin şüşələri sınıb. Partlayış baş verən əraziyə çoxlu sayda təcildi tibbi yardım maşınları göndərilib. İlkin məlumatlara görə 6-ı polis əməkdaşı olmaqla, 6 yaralı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR