AXCP funksionerinin cəzası azaldılıb

AXCP funksionerinin cəzası azaldılıb
# 04 may 2016 12:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin kassasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti qismən təmin edib və onun cəzasını 1 il 6 ay azaldıb.

Qeyd edək ki, Asif Yusifli Fəridə Zülfüqarova adlı bir zərərçəkənin şikayəti əsasında həbs olunub. Onun vəsaitini mənimsədiyi iddia olunur. Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Asif Yusiflini 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Daha sonra kassasiya şikayəti verilib. Şikayətdə onun barəsində olan qərarın ləğv edilməsi və bəraət verilməsi istənilib.

Asif Yusifli Qarabağ döyüşlərində əlil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR