Bacısını öldürmək istəyən şəxsə hökm oxunub

Bacısını öldürmək istəyən şəxsə hökm oxunub
# 07 may 2016 13:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə Ağır Cinayətlər Məhkəməsində bacısını öldürməyə cəhddə təqsirləndirilən Azad Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə A. Alıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Alıyev münaqişə zəminində bacısı Sona Alıyevanı bıçaqlayıb. Onun öldüyünü zənn etdikdən sonra isə polis əməkdaşlarına təslim olub. Həkimlərin səyi nəticəsində S. Alıyeva sağ qalıb.

O, Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR