ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib

ABŞ-ın vitse-prezidenti gözlənilmədən İraqa səfər edib
# 28 aprel 2016 16:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın vitse-prezidenti Cozef Bayden gözlənilmədən İraqa səfər edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ evdən bildiriblər ki, C. Baydenin olduğu C-17 hərbi-nəqliyyat təyyarəsi yerli vaxtla saat 15:00-da Bağdada enib.

Aeroportda onu ABŞ-ın İraqdakı səfiri Stüart Cons və İŞİD-lə mübarizə koalisiya qüvvələrinin rəhbəri general-leytenant Şon Makfarland qarşılayıb. Səfərin əsas məqsədi İraq hökumətinə İŞİD-lə mübarizədə dəstək vermək, habelə siyasi böhranın aradan qaldırılmasında yardım göstərməkdir.

Ağ ev C. Baydenin səfər ərzində kimlərlə görüşlər keçirəcəyi barədə məlumat vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR