"Bank of Baku"nun Gəncə filialına daxil olmağa cəhd göstərən şəxs saxlanılıb

"Bank of Baku"nun Gəncə filialına daxil olmağa cəhd göstərən şəxs saxlanılıb
# 26 may 2016 12:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ötən gecə “Bank of Baku”nun Gəncə filialına daxilolma cəhdi aşkar olunaraq, polis tərəfindən dərhal qarşısı alınıb.


Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın əmlakına heç bir ziyan vurulmayıb və oğurluq faktı aşkar olunmayıb.

“Filial hal-hazırda gündəlik fəaliyyətini davam etdirərək, müştərilərə xidmət göstərməkdədir”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR