Azərbaycanın xarici ticarət dövriyyəsinin 44%-i Avropa İttifaqının payına düşür

Azərbaycanın xarici ticarət dövriyyəsinin 44%-i Avropa İttifaqının payına düşür
# 13 may 2016 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 87 ölkəyə məhsul ixrac olunub, 130 ölkədən idxal olunub.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 4 mlrd. 607,5 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 mlrd. 781,6 mln. dollar, idxalın dəyəri 1 mlrd. 825,9 mln. dollar təşkil edib, nəticədə 955,7 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 43,7%-i Avropa İttifaqı ölkələri, 9,2%-i MDB üzvü dövlətləri, 47,1%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi, bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallardan hazırlanan məmulatlar, ərzaq məhsulları, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR