Şəmkirdə dərəyə aşan avtomobil yanıb

Şəmkirdə dərəyə aşan avtomobil yanıb
# 13 may 2016 14:09 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə dərəyə aşan avtomobil yanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Seyfəli kəndinə gedən yolda qeydə alınıb. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Xəyal İkram oğlu Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarında olan dərəyə aşıb. Sürücü və sərnişin avtomobili tərk etdikdən sonra maşın anidən yanmağa başlayıb. Hadisə yerinə Şəmkir Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov qısa vaxtda söndürülsə də, avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR