Nardaran hadisələri ilə bağlı saxlanılan şəxsə qarşı yeni ittihamlar elan edilib

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxsə qarşı yeni ittihamlar elan edilib
# 20 may 2016 13:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nardaran hadisələri ilə bağlı saxlanılan Abbas Hüseynova qarşı yeni ittihamlar elan edilib.


Abbas Hüseynovun vəkili Fariz Namazlının APA-ya verdiyi məlumata görə, istintaq orqanı tərəfindən A. Hüseynova qarşı Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29,120.2.3, 29, 120.2.1, 29, 120.2.4-ü bəndləri ilə yeni ittiham elan edilib.

Bundan əvvəl o, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və digər bir neçə maddəsi ilə ittiham olunurdu.

Ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, 60-dan çox şəxs saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR