Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
# 23 may 2016 15:35 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1959-cu il təvəllüdlü Quliyeva İradə Vəli qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, zərərçəkmişi huşsuz vəziyyətdə aşkarlayıblar. İlkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyənləşib. Əməliyyat saat 16:11-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR