Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub
# 26 may 2016 03:27 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, Şirvani küçəsində “Hyundai” markalı avtomobil yolu keçmək istəyən piyada 48 yaşlı Aybəniz Abdullayevanı vurub.

Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər piyadanın vəziyyətinin orta ağır olduğunu bildiriblər. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR