Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Ağstafa, Qazax, Samux və Şəmkir rayon sakinlərinin qəbulu keçiriləcək.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, qəbul mayın 19-da saat 11:00-da Şəmkir Sərhəd Dəstəsində baş tutacaq.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları may ayının 17-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.