Elçin Quliyev Ağstafa, Qazax, Samux və Şəmkir rayonunlarının sakinləri ilə görüşəcək

Elçin Quliyev Ağstafa, Qazax, Samux və Şəmkir rayonunlarının sakinləri ilə görüşəcək
# 06 may 2016 10:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Ağstafa, Qazax, Samux və Şəmkir rayon sakinlərinin qəbulu keçiriləcək.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, qəbul mayın 19-da saat 11:00-da Şəmkir Sərhəd Dəstəsində baş tutacaq.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları may ayının 17-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR