Yunan nazir: "TAP dünyanın ən iri enerji layihələrindən biridir"

Yunan nazir: "TAP dünyanın ən iri enerji layihələrindən biridir"
# 17 may 2016 08:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təməlinin qoyulmasına bir gün qalmış Bolqarıstanın energetika naziri Temenujka Pektova və Yunanıstanın ətrafı mühit və energetika naziri Panos Skurletis Aleksandrupolis şəhəri yaxınlığında interkonnektorun və sıxılmış qaz terminalının tikintisinə siyasi dəstəyini ifadə ediblər.

"APA-Economics"in xəbərinə görə, nazirlər bildirib ki, bu layihələr birgə inkişaf etməlidir.

P. Skurletis qeyd edib ki, TAP Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsidir və hazırda dünya miqyasında ən iri enerji layihələrindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR