İraq ordusu əl-Faluca şəhərini İŞİD-dən azad etmək üçün əməliyyata başlayıb

İraq ordusu əl-Faluca şəhərini İŞİD-dən azad etmək üçün əməliyyata başlayıb
# 23 may 2016 00:44 (UTC +04:00)

Bakı-APA. İraqın Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib.

“Əl-Faluca şəhərinin azad edilməsinin vaxtı çatıb”, deyə baş nazir bildirib.

Bildirilir ki, əməliyyatda ordu ilə yanaşı hökuməti dəstəkləyən könüllülər də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR