Ağsuda quldurluq hadisəsi olub

Ağsuda quldurluq hadisəsi olub
# 17 may 2016 12:02 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Ağsu rayonunda quldurluq hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu şəhərində, 3-cü məhəllə adlanan ərazidə qeydə alınıb.

Şəhər sakini, 1958-ci il təvəllüdlü Xəlilova Zöhrə Səməndər qızı gecə saatlarında yaşadığı evdə naməlum şəxsin hücumuna məruz qalıb. Maskalı şəxs qadına hədə-qorxu gələrək onun dəyəri 4 min manat olan 175 qram qızılını götürərək qaçıb.

Hazırda Ağsu rayon Polis Şöbəsinin əməkdaşları quldurluq hadisəsini törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini həyata keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR