Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
# 17 may 2016 14:15 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın Almatı şəhərində keçirilən Qran-prinin yekununa əsasən tərtib olunan siyahıda yığmamızın 5 aparıcı idmançısı irəliləyib.

Belə ki, analoji yarışın qalibi olan Elxan Məmmədov (100 kq) yenidən “20-liyə” qayıdıb. 4 rəqibini qabaqlayan dünya çempionumuz 17-ci yerə yüksəlib. Finalda məğlubiyyət acısı yaşayan Uşanqi Kokauri (+100 kq), Qran-prini 3-cü pillədə başa vuran Məmmədəli Mehdiyev (90 kq), həmçinin öz çəkilərində liderlərdən olan Tərlan Kərimovla (66 kq) Aişə Qurbanlı (48 kq) da irəliləyənlər sırasındadı. Onlar müvafiq olaraq, 26-cı (+5), 24-cü (+2), 35-ci (+7) və 41-ci (+4) yerə qalxıblar.

Peter Zayzenbaherin yetirmələrindən Elmar Qasımovun (100 kq) 1-ci pillədəki mövqeyi dəyişməz qalıb. Onun komanda yoldaşı İlqar Müşkiyev (60 kq) yenə də 14-cüdü.

Bu cüdoçularla müqayisədə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Abdulhaqq Rəsullu (81 kq) geriləyiblər. Onlar müvafiq olaraq, 6-cı, 12-ci, 2-ci və 62-ci yerə eniblər.

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR