Ucar sakini ildırım vurması nəticəsində ölüb

Ucar sakini ildırım vurması nəticəsində ölüb
# 24 may 2016 22:25 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucar sakini ildırım vurması nəticəsində ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında rayonun Bağman kəndində baş verib.

Kənd sakini 1990-cı il təvəllüdlü Qürbət Füzuli oğlu İskəndərovu ildırım vurub.

Q. İsgəndərov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onu xilas etmək mümkün olmayıb.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR