Bakıda 84 yaşlı kişinin qətlinə görə 3 nəfər tutulub

Bakıda 84 yaşlı kişinin qətlinə görə 3 nəfər tutulub
# 07 may 2016 10:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda törədilən qətlin üstü açılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR