Meksikada yanğın nəticəsində 6 uşaq ölüb

Meksikada yanğın nəticəsində 6 uşaq ölüb
# 11 may 2016 02:41 (UTC +04:00)

Bakı-APA. Meksikanın Sonora ştatında iki yanğın nəticəsində 6 uşaq ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Ermosilyo şəhərində yaşayış binasında baş verib. Nəticədə 4 yaşlı qız və 2 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa Maqdalena de Kino şəhərində yanğın nəticəsində 7, 6 və 3 yaşlı oğlan və 1 yaşlı qız uşaqları ağır yanıq xəsarətlərindən ölüb.

Prokurorluq yanğının səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR