İran Azərbaycanla neft-kimya sənayesində əməkdaşlığı genişləndirmək niyyətindədir

İran Azərbaycanla neft-kimya sənayesində əməkdaşlığı genişləndirmək niyyətindədir
# 06 may 2016 14:44 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. "Neft-kimya layihələrində birgə investisiya layihələrini həyata keçirmək İran üçün prioritet məsələdir". Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın neft-kimya sənayesi milli şirkətinin investisiya mərkəzinin direktoru Hüseyn Əli Murad deyib.


"Sanksiyaların ləğvindən sonra yaranmış yeni mühitdə qonşu və müsəlman ölkələrlə əməkdaşlıq bizim üçün prioritetdir. Azərbaycanla əməkdaşlıq isə bizim üçün daha önəmlidir. Düşünürük ki, neft-kimya sənayesinə sərmayə yatırımını artırmaq iki ölkə arasında ticarət həcmini artıracaq. Biz neft-kimya sənayesinə azərbaycanlı dostlarımızla müştərək investisiya yatırmağa hazırıq", - deyə o qeyd edib.

Direktor əlavə edib ki, İran və Azərbaycan tərəfi müştərək şəkildə neft-kimya zavodunun tikintisini həyata keçirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR