Qaxda motorollerlə ağaca çırpılan yeniyetmə komaya düşüb

Qaxda motorollerlə ağaca çırpılan yeniyetmə komaya düşüb
# 17 may 2016 20:41 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda idarə etdiyi motorolleri ağaca çırpan yeniyetmə komaya düşüb.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 17-i günorta saat 15:40 radələrində rayonun Əlibəyli kənd sakini, 16 yaşlı David Mamuka oğlu Topalaşvili rayon ərazisində baş verən yol qəzası zamanı aldığı ağır bədən xəsarətlərindən düşdüyü koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. David Topalaşviliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Qax rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, David Topalaşvili idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motorollerlə kəndin ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən yolun kənarındakı qoz ağacına çırpılıb.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR