Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edib

Zakir Qaralov Goranboyda vətəndaşları qəbul edib
# 20 may 2016 14:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov mayın 20-də Goranboy rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 39 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq tapşırıqlar verib.

Göstərilənlərlə yanaşı, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR