"Qazprom"un top-menecmenti I rübdə qazancını ikiqat artırıb

"Qazprom"un top-menecmenti I rübdə qazancını ikiqat artırıb
# 17 may 2016 08:58 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın dövlət korporasiyası olan "Qazprom"un İdarə Heyətinin 17 üzvü bu ilin I rübündə ümumilikdə 1,142 mlrd. rubl (26,494 mln. manat) qazanıb.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

İdarə Heyəti üzvlərinin maaşları 61% artaraq 270,357 mln. rubl (6,3 mln. manat), mükafatları isə 2,3 dəfə artaraq 846,782 mln. rubla (19,6 mln. manat) çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR