Bakı-Hacıqabul-Kürdəmir yolunda sürət həddi artırılıb

Bakı-Hacıqabul-Kürdəmir yolunda sürət həddi artırılıb
# 14 may 2016 09:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunmuş ərazilərdə olan 60 km/saat sürət həddi 90 km/saata qədər artırılıb.

Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Müvafiq olaraq magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal sürət isə 110 km/saat müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR