Gəncədə avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib

Gəncədə avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib
# 21 may 2016 10:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə avtomobili oğurlayaraq onları hissələrə bölən bir neçə nəfər saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Zaur İsmayılov ərizə ilə idarəyə müraciət edərək bildirib ki, yaşadığı 4-cü mikrorayon ərazisində ona məxsus "VAZ-2107" markalı avtomobil oğurlanıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq edən 1981-ci il təvəllüdlü Xəyal Abdullayev, 1960-cı il təvəllüdlü Həsən Məmmədov və onun oğlu 1995-ci il təvəllüdlü Elşən Məmmədov saxlanılıb. Məlum olub ki, bu ilin mart ayından başlayaraq X. Abdullayev şəhərin müxtəlif ərazilərindən 4 ədəd "VAZ-2107" markalı avtomobil oğurlayaraq H. Məmmədovun və oğlu Elçinin işlədiyi təmir emalatxanasına gətirərək ucuz qiymətə onlara satıb. Ata və oğlu isə emalatxanada avtomobilləri hissələrə bölərək satıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR