Bakıda mənzilə basqın edən şəxs tutulub

Bakıda mənzilə basqın edən şəxs tutulub
# 25 aprel 2016 11:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzilə basqın edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 24-də Yasamal rayonu ərazisində yaşayan Bakı şəhər sakini Amil Musayevin mənzilinə aldatma yolu ilə girən naməlum şəxs onu və bacısı Raisanı bıçaqla hədələyib oradan 560 manat pul və 3 ədəd mobil telefon aparıb.


Yasamal rayon 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR