Əmək pensiyaçılarının sayı açıqlanıb

Əmək pensiyaçılarının sayı açıqlanıb
# 03 may 2016 13:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cari ilin 1 aprel tarixinə olan məlumatına əsasən, ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 303 252 nəfər təşkil edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 536 659 nəfəri kişi, qalanları qadınlardır. Əmək pensiyası ilə təmin olunanların 781 576 nəfəri yaşa görə, 375 884 nəfəri əlilliyə görə, 145 792 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində cari ildə də müvafiq addımlar atılıb. Azərbaycan prezidentinin sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10% artırılıb. Habelə dövlət başçısının müvafiq sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin 4%-lik istehlak qiymətləri indeksinə uyğun artırılması həyata keçirilib.

Beləliklə, məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8% artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Bu göstəricilər ölkə üzrə əmək haqlarının orta aylıq məbləğinə nisbətdə müvafiq olaraq 40,2% və 44,6% təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR