Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
# 27 aprel 2016 10:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gün ərzində qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR