FHN Tovuzda məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Tovuzda məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb
# 02 may 2016 18:27 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuzda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Alakol kəndində Nürəddin Sadıqov adına ümumi sahəsi 400 kv.m olan birmərtəbəli orta məktəbin dam örtüyünün yanar konstruksiyaları 400 kv.m və sinif otaqları 250 kv.m. sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR