Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupunun üzvləri Afinada olublar

Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupunun üzvləri Afinada olublar
# 26 aprel 2016 15:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupunun üzvləri Yunanıstanın paytaxtı Afina şəhərində olublar.

Milli Məclisdən APA-ya verilən məlumata görə, səfər çərçivəsində hər iki ölkədə parlament seçkilərindən sonra formalaşmış yeni tərkibdə ilk görüşü keçirilib. Səfərdə Azərbaycan tərəfini Azərbaycan-Yunanıstan parlamentlərarası işçi qrupunun rəhbəri Hadi Rəcəbli və qrupun üzvü Hüseynbala Mirələmov təmsil edib. H. Rəcəbli bildirib ki, Yunanıstan parlamentində Azərbaycana xüsusi maraq var: “Bu bir də onunla diqqəti cəlb edir ki, ölkənin 24 nəfərdən ibarət ən böyük dostluq qrupu məhz Azərbaycanla bağlıdır”.

İkinci görüş Siriza Partiyasının üzvləri, eyni zamanda işçi qrupu rəhbərinin müavini xanım Livaniu Zoi ilə olub. Üçüncü görüş isə Qrupun rəhbəri Konstantinos Çavarasla keçirilib. Görüşlərdə əməkdaşlığın növbəti mərhələdəinkişafı,parlamentlərarası işçi qrupu səviyyəsində daha da surətləndirilməsi, davam etdirilməsi xüsusilə vurğulanıb, partiyalararası dostluq və əməkdaşlıq məsələləri də müzakirə mövzusu olub. Səfər çərçivəsində Heydər Əliyev haqqında yazılan, Moskvada çapdan çıxmış olan, Hüseynbala Mirələmovun həmmüəllifi olduğu kitabın yunan dilinə tərcümə olunmuş variantı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR