Növbəti tədris ilində AMEA-nın magistratura pilləsinə 63 nəfər qəbul ediləcək

Növbəti tədris ilində AMEA-nın magistratura pilləsinə 63 nəfər qəbul ediləcək
# 29 aprel 2016 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Növbəti tədris ilində Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə 63 nəfərin qəbulu gözlənilir”.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə qurumun ümumi yığıncağında deyib ki, akademiyada magistratura təhsilinin yaradılması elm və təhsilin inteqrasiyası sahəsində mühüm nailiyyətlərdən biridir. Onun sözlərinə görə, ilk olaraq 9 ixtisas üzrə magistratura təhsili həyata keçirilib.


A. Əlizadə qeyd edib ki, AMEA-da elmi-analitik təhlillərin aparılması üçün müvafiq struktur dəyişikliyi edilib, bu sahədəki işin səmərəli təşkili nəticəsində elmi fəaliyyətin dəyərləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənib: “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya elm və təhsilin vahid institut kimi inkişafı əsas hədəflərdəndir. Strategiyada əksini tapan mühüm məsələlərdən bir elmin maddi-texniki bazasının gücləndirilməsidir və bu vəzifələrin öhdəsindən gəlmək üçün növbəti mərhələdə də Elmin İnkişafı üzrə Milli Strategiyanın qəbulu zəruridir. Son illərdə ölkədə “Elm haqqında” qanun layihəsi müzakirə olunsa da, hələlik qəbuluna nail olunmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR