Gəncədə tələbəni soyan iki nəfər saxlanılıb

Gəncədə tələbəni soyan iki nəfər saxlanılıb
# 05 may 2016 11:14 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə soyğunçuluq yolu ilə tələbənin telefonun ələ keçirən iki nəfər saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbəsi, Yevlax rayon sakini 1997-ci il təvəllüdlü Cəfər Məmmədli polisə müraciət edərək bildirib ki, şəhərin Atatürk prospektində tanımadığı iki nəfər ona bıçaqla hədə qorxu gələrək əlində olan “Samsung” markalı mobil telefonun zorla alıblar. Aparılan əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən iki nəfər, 1996-cı il təvəllüdlü Cəlal Məhərrəmov və 1997-ci il təvəllüdlü Azər Mehdiyev saxlanılıb. Onlar törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR